Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Malayziya Qran-Prisinin yenidən Formula 1 təqviminə qayıtması hələlik planlaşdırılmır

Malayziya Qran-Prisinin yenidən Formula 1 təqviminə qayıtması hələlik planlaşdırılmır


Malayziya Qran-Prisinin yenidən Formula 1 təqviminə qayıtması ilə bağlı hər hansı plan yoxdur.
BrendSport.az xəbər verir ki, bu barədə Sepanq trasının rəhbəri Azxan Şafriman məlumat verib.
O, qeyd edib ki, hökumətin COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası ilə bağlı digər prioritetləri olduğundan, yarışın yenidən təqvimə qayıdışı hələlik planlaşdırılmır. A.Şafriman əlavə edib ki, Malayziya Qran-Prisinin keçirilməsi təklifi birbaşa Formula 1-dən gələrsə, o zaman Sepanq bu ideyanı dəstəkləyəcək.
Qeyd edək ki, 1999-2017-ci illərdə Formula 1 mərhələlərinə ev sahibliyi edən Malayziya maliyyə səbəblərinə görə Qran-Pridən imtina etmək məcburiyyətində qalıb.


Facebook-da paylaş

Xəbəri paylaş