Faydalı saytlar


Reklam



“RaceFans”: Türkiyə Qran-Prisi Formula 1 təqviminə əlavə olunacaq



Formula 1-in 2020-ci il təqvimi mövsüm ərzində 17 mərhələyədək genişləndiriləcək.

BrendSport.az “RaceFans” nəşrinə istinadla xəbər verir ki, təqvimə daha iki mərhələ - Türkiyə və Bəhreyn Qran-priləri əlavə edilib. Belə ki, Türkiyə Qran-Prisi cədvələ qayıdacaq. Bəhreyndə isə iki mərhələ keçiriləcək.

Məlumata görə, Türkiyə Qran-Prisi İmoladakı Formula 1 yarışından iki həftə sonra noyabrın 15-də baş tutacaq. Bəhreyndəki iki yarış trekin müxtəlif konfiqurasiyaları üzrə keçirilə bilər. Əbu-Dabi Qran-Prisi isə planlaşdırıldığı vaxtdan 2 həftə gec keçiriləcək ki, bu da Formula 1-ə 17 mərhələ təşkil etmək imkanı verəcək.

Bəhreyndəki yürüşlərin noyabrın 29-da və dekabrın 6-da, Əbu-Dabi mərhələsinin isə dekabrın 13-də keçirilməsi nəzərdə tutulub.


Facebook-da paylaş