Əsas Səhifə > Maraq > Malayziya Qran-Prisinin yenidən Formula 1 təqviminə qayıtması hələlik planlaşdırılmır
Malayziya Qran-Prisinin yenidən Formula 1 təqviminə qayıtması hələlik planlaşdırılmır2-04-2022, 18:04 |
Malayziya Qran-Prisinin yenidən Formula 1 təqviminə qayıtması ilə bağlı hər hansı plan yoxdur. BrendSport.az xəbər verir ki, bu barədə Sepanq trasının rəhbəri Azxan Şafriman məlumat verib. O, qeyd edib ki, hökumətin COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası ilə bağlı digər prioritetləri olduğundan, yarışın yenidən təqvimə qayıdışı hələlik planlaşdırılmır. A.Şafriman əlavə edib ki, Malayziya Qran-Prisinin keçirilməsi təklifi birbaşa Formula 1-dən gələrsə, o zaman Sepanq bu ideyanı dəstəkləyəcək. Qeyd edək ki, 1999-2017-ci illərdə Formula 1 mərhələlərinə ev sahibliyi edən Malayziya maliyyə səbəblərinə görə Qran-Pridən imtina etmək məcburiyyətində qalıb. Geri qayıt |