Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.
BrendSport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, üçüncü dövrədə keçiriləcək XIV turun matçları martın 29-da təşkil olunacaq.
Günün ilk qarşılaşmasında saat 15:00-da MOİK “Murov”la üz-üzə gələcək, ardınca saat 17:00-da isə “Sərhədçi”–“Ekspress” matçına start veriləcək.
Görüşlər “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.
Facebook-da paylaş