Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün Azərbaycan Super Liqasında ikinci dövrənin növbəti oyunları keçiriləcək

Bu gün Azərbaycan Super Liqasında ikinci dövrənin növbəti oyunları keçiriləcək


Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrənin növbəti oyunları keçiriləcək.
BrendSport.az xəbər verir ki, əvvəlcə meydana “Abşeron” və “Azərreyl” komandaları çıxacaqlar. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - UNEC duelinə start veriləcək.
Fevralın 11-də isə ikinci dövrənin son oyunları keçiriləcək. Altıncı turun ilk qarşılaşması saat 16:00-da “Abşeron” – “Murov” komandaları arasında olacaq. Dövrəyə “Azərreyl” – UNEC görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.
Hər iki turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş