Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib
Qadın voleybolçular arasında keçirilən Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.
BrendSport.az xəbər verir ki, ölkə çempionatının növbəti matçları yanvarın 14-də təşkil olunacaq.
Günün ilk qarşılaşmasında “Azərreyl”lə “Abşeron” üz-üzə gələcək. Oyun saat 16:00-da start götürəcək. Bu matçdan 2 saat sonra UNEC – “Murov” oyunu başlayacaq.
Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.
Facebook-da paylaş