Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Jalə Əliyeva: Prezident İlham Əliyevin güləşçilərlə görüşü uğurumuza verilən ən yüksək qiymətdir

Jalə Əliyeva: Prezident İlham Əliyevin güləşçilərlə görüşü uğurumuza verilən ən yüksək qiymətdir


Prezident İlham Əliyevin Bolqarıstanda qazandığımız parlaq qələbə münasibətilə biz güləşçilərlə görüşü hər birimiz üçün unudulmaz an oldu. Dövlətimizin başçısı Avropa çempionatındakı qələbə münasibətilə idmançıları, məşqçiləri və Güləş Federasiyasının kollektivini təbrik etdi və bizə uğurlar arzuladı. Prezident bildirdi ki, bu nəticə həm medalların sayına, həm də əyarına görə Azərbaycan güləşinin Avropa çempionatları tarixində rekord göstəricisidir. Bu sözlər bizim uğurumuza verilən ən yüksək qiymətdir. Bu yüksək qiymətə görə dövlətimizin başçısına minnətdaram.
Bunu Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatının qalibi Jalə Əliyeva Prezident İlham Əliyev ilə görüşü barədə BrendSport.az-a açıqlamasında deyib.
Komandamızın Avropa çempionatında 16 medal - 7 qızıl, 2 gümüş, 7 bürünc qazanaraq birinci yeri tutduğunu xatırladan gənc idmançı deyib: “Prezident İlham Əliyev görüşdə qeyd etdi ki, Avropa birincisi olmaq böyük nailiyyətdir və dövlət himnimiz 7 dəfə səsləndirilib. Siz idmançılar və sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz. Çünki bizim qələbəmiz əbədidir. Biz Qarabağı düşməndən azad edən və o torpaqlarda həyat quran xalqıq. Prezidentimizin də dediyi kimi bizim qələbəmiz əbədidir. Bu sürprizlər bizə daha çox stimul verir. Prezident İlham Əliyevə idmana və idmançılara göstərdiyi diqqətə, qayğı və məhəbbətə görə dərin təşəkkürümü bildirirəm”.


Facebook-da paylaş

Xəbəri paylaş