Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qurban Qurbanov: Prezident İlham Əliyev bizim fəaliyyətimizə çox böyük qiymət verdi

Qurban Qurbanov: Prezident İlham Əliyev bizim fəaliyyətimizə çox böyük qiymət verdi


Həm öz adımdan, həm də “Qarabağ” komandasının futbolçuları adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Prezidentimiz həmişə olduğu kimi, bizim fəaliyyətimizə çox böyük qiymət verdi.
BrendSport.az xəbər verir ki, bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov dekabrın 13-də jurnalistlərə müsahibəsində deyib.
Belə görüşlərdən sonra komandada əhval-ruhiyyənin daha da yüksəldiyini vurğulayan mütəxəssis deyib: “Üçüncü dəfə idi ki, dövlətimizin başçısının qəbulunda oluruq. Bu, Prezidentimizin vətənpərvərliyini və futbola sevgisini bir daha göstərir. Dövlətimizin başçısı öz xalqına qarşı edilən haqsızlıqlara daim sərt etirazını bildirib. Bu gün bunun bir daha şahidi olduq”.
Baş məşqçi Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ” klubunun İsveçrənin “Bazel” komandası ilə oyunda Abdullah Zubirin vurduğu qolun qeydə alınmaması ilə bağlı fikrini bildirərkən qeyd edib: “Dövlət başçısı demək olar ki, hər incəlikləri bildirdi. Bu da onu göstərir ki, bütün oyunları izləyir, hər zaman xalqı, idmançıları ilə maraqlanır. Çox faydalı görüş oldu. Hamı görüşdən razı qaldı. Belə görüşlər bizi işimizdə daha məsuliyyətli olmağa vadar edir. Çünki oyunlarımızın hamısını izləyir və bizə dəyər verir. Bu halda həddindən artıq diqqətli və çalışqan olmalıyıq. Həyatda bundan daha dəyərli, böyük mükafat ola bilməz”.


Facebook-da paylaş

Xəbəri paylaş