Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futbol üzrə Azərbaycan çempionatının XVII turuna start verilib

Futbol üzrə Azərbaycan çempionatının XVII turuna start verilib


Fevralın 27-də “Sabah” – “Neftçi” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
BrendSport.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu matçın 50-ci dəqiqəsində Sezar Meza Kolli vurub.
“Ağ-qaralar” qələbə sayəsində xallarının sayını 28-ə çatdırıb. Sonuncu ölkə çempionu “Zirə” ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. “Sabah” isə 20 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün digər görüşündə “Sumqayıt” komandası “Qəbələ”ni qəbul edəcək.
Tura fevralın 28-də keçiriləcək “Səbail” – “Zirə” və “Keşlə” – “Qarabağ” matçları ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş