Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Marsel”in qonağı olacaq “Qarabağ” bu gün Fransaya yollanacaq

“Marsel”in qonağı olacaq “Qarabağ” bu gün Fransaya yollanacaq


UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Marsel”in qonağı olacaq “Qarabağ” bu gün Fransaya yollanacaq.
BrendSport.az
Ağdam klubunun saytına istinadla xəbər verir ki, komandanı Marsel şəhərinə aparacaq təyyarə saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.
Baş məşqçi Qurban Qurbanov fevralın 16-da yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələrinə açıq məşq isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Velodrom” stadionunda olacaq.
Qeyd edək ki, fevralın 17-də keçiriləcək oyun yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş