“Marsel” – “Qarabağ” oyununda anşlaq olacaq
“Qarabağ”ın Fransada “Marsel”ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda anşlaq olacaq.
BrendSport.az xəbər verir ki, qarşılaşma üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb.
On beş avroya satışa çıxarılmış 5-ci kateqoriya üzrə biletlər tükənib. Satışda yalnız 20, 25, 29 və 39 avroya olan biletlər qalıb.
Qeyd edək ki, fevralın 17-də oynanılacaq “Marsel” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Bakıda olacaq.
Facebook-da paylaş