Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qurbanovun mətbuat konfransının vaxtı dəqiqləşdi



Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Sportinq” (Portuqaliya) - "Qarabağ” qarşılaşmasından öncə Ağdam klubunun son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.

BrendSport.az xəbər verir ki, sabah - sentyabrın 19-da baş məşqçi Qurban Qurbanov yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 21:30) media mənsublarının önünə çıxacaq.

Komandanın son məşqi isə saat 19:00-da (Bakı vaxtıyla 22:00) qarşılaşmanın keçiriləcəyi "Joze Alvalade” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.



Facebook-da paylaş

Xəbəri paylaş