Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Milli Abilimpiya Federasiyası ilə Rusiyanın müvafiq qurumu arasında memorandum imzalanacaq

Azərbaycan Milli Abilimpiya Federasiyası ilə Rusiyanın müvafiq qurumu arasında memorandum imzalanacaq


Azərbaycan Milli Abilimpiya Federasiyası (AMAF) üzvlərinin rusiyalı həmkarları ilə onlayn görüşü olub.
AMAF-dan BrendSport.az-a bildiriblər ki, görüşdə federasiyanın vitse-prezidenti Rüfət Hacılı ölkəmizdə Abilimpiya Hərəkatının inkişafı barədə məlumat verib. Bildirib ki, fiziki məhdudiyyətli şəxslərin hərəkata cəlb olunması üçün müxtəlif kurslar təşkil edilib. Eyni zamanda, Rusiyada baş tutacaq onuncu beynəlxalq Abilimpiya çempionatında iştirak edəcək milli komandanın heyətinin formalaşdırılması üçün yerli yarışın təşkili planlaşdırılır.
Rusiya Milli Abilimpiya Mərkəzinin direktoru Dina Makeyeva Azərbaycanda Abilimpiya Hərəkatının inkişafından məmnunluğunu bildirib. O, qarşılıqlı təcrübə mübadiləsi üçün AMAF-ın nümayəndə heyətini noyabrın 16-18-də Rusiyada baş tutacaq regional yarışa dəvət edib.
Səfər zamanı yarışların keçirilmə şərtləri, iştirakçıların qiymətləndirilmə meyarları və Abilimpiya Hərəkatının inkişaf perspektivləri barədə müzakirələrin aparılması nəzərdə tutulur. Həmçinin onlayn təlimlər haqqında da söhbət açılıb və təlimlərin başlanmasına qərar verilib.
Görüşün sonunda tərəflərin razılığı əsasında AMAF ilə Rusiya Milli Abilimpiya Mərkəzi arasında mövcud əməkdaşlığı daha da möhkəmləndirmək məqsədilə memorandum imzalanması qərara alınıb.


Facebook-da paylaş

Xəbəri paylaş