Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Tokio-2020”yə lisenziya qazanmış kişi paracüdoçularla görüş olub

“Tokio-2020”yə lisenziya qazanmış kişi paracüdoçularla görüş olub


Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) "Tokio-2020"yə lisenziya qazanmış kişi paracüdoçularla görüş keçirilib.
AMPK-dan BrendSport.az-a bildiriblər ki, görüşdə iştirak edən komitənin prezidenti İlqar Rəhimov lisenziya qazanmış idmançıları bir daha təbrik edib. Bildirib ki, kişi paracüdoçularımız 6 çəki dərəcəsində Paralimpiya Oyunlarında iştirak edəcəklər. Daha sonra İ.Rəhimov idmançıların hazırkı fiziki və psixoloji vəziyyəti ilə maraqlanaraq qarşıdan gələn bu mötəbər yarışda onlara uğurlar arzulayıb.
Komitə prezidenti bildirdi ki, pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq, idmançılarımız "Tokio-2020"yə yüksək səviyyədə hazırlaşıb, yerli və xarici təlim-məşq toplanışlarında, beynəlxalq turnirlərdə iştirak ediblər. O, idmançıların Yaponiyadan yüksək nəticə ilə qayıdacağına əmin olduğunu bildirib.
İ.Rəhimov deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin idmana, xüsusilə Paralimpiya Hərəkatına olan diqqət və qayğısının nəticəsi olaraq idmançılarımız hər zaman ölkəmizi beynəlxalq arenalarda yüksək səviyyədə təmsil edirlər. "Tokio-2020" XVI Yay Paralimpiya Oyunları da istisna olmayacaq. Paralimpiyaçılarımız bu dəfə də xalqımızı öz parlaq qələbələri ilə sevindirəcəklər”.
Daha sonra komitə prezidenti "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış paracüdoçularımıza Yaponiyanın “Mizuno” şirkətinin istehsalı olan yeni kimonoları təqdim edib.
Cüdo idman növü üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi İbrahim İbrahimov AMPK-nın prezidenti İ.Rəhimova göstərilən dəstəyə görə təşəkkürünü bildirib, "Tokio-2020"yə hazırlıq mərhələsi barədə məlumat verib. İ.İbrahimov komandanın Tokioda uğurla iştirak edəcəyinə əmin olduğunu bildirib.
Görüşdə komitənin baş katibi Kamal Məmmədov, vitse-prezident İlham Zəkiyev, "Tokio-2020"də iştirak edəcək Azərbaycan milli komandasının şef-de-missionu Rauf Mürsəlov, şef-de-missonun müavinləri Azər Tapdıqov, Leyli Yusifli və Milli Abilimpiya Federasiyasının vitse-prezidenti Rüfət Hacılı iştirak ediblər.
Qeyd edək ki, kişi paracüdoçulardan Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq) "Tokio-2020"də ölkəmizi təmsil edəcəklər. Ümumilikdə Azərbaycan Milli Paralimpiya komandası bu günədək 6 idman növündən 34 lisenziya qazanıb. Bu, Azərbaycan Paralimpiya tarixində rekord göstəricidir.


Facebook-da paylaş

Xəbəri paylaş