Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paralimpiyaçılarımızın “Tokio-2020”yə qazandıqları lisenziyaların sayı 34-ə çatıb

Paralimpiyaçılarımızın “Tokio-2020”yə qazandıqları lisenziyaların sayı 34-ə çatıb



BrendSport.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika üzrə milli komandasının üzvləri Lamiyə Vəliyeva və Yuliya Yanovskaya reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.
Bu günədək AMPK-nın idmançıları “Tokio-2020”yə 34 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 10-u atletika, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
Qeyd edək ki, “Rio-2016” XV Yay Paralimpiya Oyunlarına Azərbaycan millisi 22 lisenziya qazanmışdı.


Facebook-da paylaş

Xəbəri paylaş