Türkiyə Super Liqasında yeni rekord qeydə alınıb
Futbol üzrə Türkiyə Super Liqasında yeni rekord qeydə alınıb.
BrendSport.az xəbər verir ki, çempionatın tarixində ən erkən qol vurulub. Bu, “Qaziantep” – “Başakşehir” matçında gerçəkləşib.
Meydan sahiblərinin hücumçusu Muhammet Demir 10-cu saniyədə topu rəqib qapısından keçirib.
Qeyd edək ki, bu göstəricidə rekord “Dənizlispor”un trinidad və tobaqolu sabiq hücumçusu Derril Robertsə məxsus idi. O, 2008/2009-cu il mövsümündə “Eskişehispor”la matçın 12-ci saniyəsində qol vurmuşdu.
Facebook-da paylaş