İngiltərə Premyer Liqası tarixində yeni rekord müəyyənləşib
İngiltərə Premyer Liqasında “Sauthempton”un hücumçusu Şeyn Lonq yeni rekorda imza atıb.
BrendSport.az xarici KİV-lərə istinadla xəbər verir ki, irlandiyalı futbolçu “Uotford”la qarşılaşmanın 8-ci saniyəsində fərqlənməklə çempionat tarixində vurulmuş ən erkən qol müəllifi kimi tarixə düşüb.
Qeyd edək ki, bundan əvvəlki göstərici “Tottenhem”in sabiq müdafiəçisi Ledli Kinqə məxsus idi.
Facebook-da paylaş