İrlandiya millimizlə oyunun ilkin heyətini açıqlayıb
AÇ-2019-un seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq İrlandiyanın U-21 yığmasının heyəti açıqlanıb. Apasport.az saytı xəbər verir ki, baş məşqçi Noel Kinq ilkin siyahıya 30 futbolçunun adını daxil edib.
Bunlardan 4-ü qapıçı, 13-ü müdafiəçi, 10-u yarımmüdafiəçi, 3-ü isə hücumçudu.
Azərbaycanla matçdan öncə Antalyada toplanış keçəcək irlandlar millimizlə martın 27-də qarşılaşacaqlar. Görüş Dublində, “Tallaqt” stadionunda baş tutacaq.
Qapıçılar: Rob Elliot (“Nyukasl”, İngiltərə), Kolin Doyl (“Bredford Siti”, İngiltərə), Kiran Ohara (“Mançester Yunayted”, İngiltərə), Keyren Uestvud (“Şeffild Uenzdi”, İngiltərə)
Müdafiəçilər: Simus Koulman (“Everton”, İngiltərə), Kirus Kristie (“Fulhem”, İngiltərə), Mett Doherti (“Vulverhempton”, İngiltərə), Deklan Rays (“Vest Hem”, İngiltərə), Con İqan (“Brentford”, İngiltərə), Şeyn Daffi (“Brayton”, İngiltərə), Kyaran Klark (“Nyukasl”, İngiltərə), Kevin Lonq (“Bernli”, İngiltərə), Aleks Pirs (“Derbi Kaunti”, İngiltərə), Darraq Lenihan, Derrik Uilyams (hər ikisi “Bləkbörn”, İngiltərə), Qreq Kanningem (“Preston”, İngiltərə), Enda Stivens (“Şeffild Yunayted”, İngiltərə)
Yarımmüdafiəçilər: Alan Jadq (“Brentford”, İngiltərə), Konor Huriheyn (“Aston Villa”, İngiltərə), Ceff Hendrik (“Bernli”, İngiltərə), Herri Arter (“Bornmut”, İngiltərə), Devid Meyler (“Hall Siti”, İngiltərə), Eunan Okeyn (“Lids Yunayted”, İngiltərə), Lyam Kelli (“Ridinq”, İngiltərə), Alan Broune, Deril Horqan (hər ikisi “Preston”, İngiltərə), Ceyms MakKlin (“Vest Bromviç”, İngiltərə)
Hücumçular: Şeyn Lonq (“Sauthempton”, İngiltərə), Skott Hoqan (“Aston Villa”, İngiltərə), Sin Magire (“Preston”, İngiltərə)
Qeyd edək ki, Rəşad Sadıqovun çalışdırdığı U-21 İrlandiyadan öncə, martın 22-də Kosovonun qonağı olacaq.
Facebook-da paylaş