Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Türkiyə Superliqası: “Başakşəhər” – “Qalatasaray” matçında qalib müəyyənləşməyib

Türkiyə Superliqası: “Başakşəhər” – “Qalatasaray” matçında qalib müəyyənləşməyib


Futbol üzrə Türkiyə çempionatının XXIX turu çərçivəsində keçirilən qarşılaşmada lider “Başakşəhər” doğma meydanda “Qalatasaray”ı qəbul edib.
BrendSport.az xəbər verir ki, maraqlı keçən qarşılaşmanın birinci hissəsində qapılar toxunulmaz qalıb. Hesabı ikinci hissənin 51-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Daniel Aleksik açıb. Lakin qonaqların futbolçusu Əmrə Akbaba hesaba tarazlıq gətirib. Bu oyunda vurulan son qol olub.
Beləliklə, "Başakşəhər" - "Qalatasaray" matçında qalib müəyyənləşməyib.
Qeyd edək ki, həmin görüşdə hakim futbolçulara 7 sarı və bir qırmızı vərəqə göstərib.
Günün digər "Rizəspor" - "Dənizlispor" matçında 2:2, "Qaziantep" - "Antalyaspor" görüşündə isə 1:1 hesablı heç-heçə qeydə alınıb. "Sivasspor" isə doğma meydanda "Kayserispor"a 0:2 hesabı ilə məğlub olub.
XXIX tura iyunun 29-da "Gənclərbirliyi" – "Kasımpaşa" görüşü ilə yekun vurulacaq.
Türkiyə çempionatında hazırda "Başakşəhər" 60 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 58 xalla ikincidir. "Sivasspor" 53 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş