Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Bakı Marafonu 2019”un qalibi müəyyənləşib
Uqandalı atlet marşrutu 1 saat 8 dəqiqə 35 saniyəyə qət edib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2019”un qalibi müəyyənləşib.
BrendSport.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda marşrutu ilk olaraq uqandalı İsmail Ssenyange qət edib. Uqandalı atlet marşrutu 1 saat 8 dəqiqə 35 saniyəyə qət edib.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.
Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.
Facebook-da paylaş