Bakı Marafonunun iştirakçıları Heydər Əliyev Mərkəzini keçiblər
“Küləyə qalib gəl” şüarı altında təşkil olunan “Bakı Marafonu-2019”un iştirakçıları Heydər Əliyev Mərkəzini keçiblər.
BrendSport.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən marafonun iştirakçıları buradan Bakı Olimpiya Stadionuna doğru hərəkət edirlər. İyirmi bir kilometrlik məsafəni əhatə edən marafon Bakı Olimpiya Stadionunda başa çatacaq.
Dövlət Bayrağı Meydanından start götürən marafonun məsafəsi 21 kilometrdir. Marafona respublikamızın bölgələri ilə yanaşı, müxtəlif ölkələrdən də iştirakçılar qatılıblar.
Bakı marafonunun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təbliğ etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.
Facebook-da paylaş