Bakıda “Gücümüz həmrəyliyimizdir” devizi altında veloyürüş keçirilib
Dekabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Velosiped İdman Klubunun təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbinin, Gənc Velosipedçilər İctimai Birliyinin və Azərbaycan Əlil Velosipedçilər Klubunun dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Gücümüz həmrəyliyimizdir” devizi altında kütləvi veloyürüş keçirilib.
BrendSport.az xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, DTX-nın velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər, Azərbaycan Əlil Velosipedçilər Klubunun təmsilçiləri, eləcə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Veloyürüş iştirakçıları "Azneft" meydanından start götürməklə Neftçilər prospekti ilə hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıblar.
İlin sonunda böyük həmrəylik və birlik nümayiş etdirən veloyürüş iştirakçıları tədbiri xatirə şəkli çəkdirməklə başa vurublar.
Facebook-da paylaş