Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda idman jurnalistləri üçün ustad-dərsi təşkil olunub



Aprelin 16-da “SputnikPro” layihəsi çərçivəsində idman jurnalistləri üçün “İrimiqyaslı idman yarışlarının təşkilində KİV-in rolu” mövzusunda ustad dərsi təşkil olunub.

BrendSport.az xəbər verir ki, “Sputnik Azərbaycan” informasiya agentliyində təşkil olunan tədbirə 20-dək jurnalist qatılıb.

“Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun rəhbəri Əziz Əliyev tədbirin əhəmiyyətini yüksək qiymətləndirib və Azərbaycanın irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Ustad dərsini rusiyalı jurnalist, şərhçi, MİA “Rossiya seqodnya”nın icraçı direktoru Vasili Konov aparıb. O, yarış zamanı redaksiyalarda fəaliyyət göstərəcək heyətin formalaşdırılması, böyük informasiya axını ilə iş metodları, mətn, audio və videomaterialların operativ çatdırılması və digər məsələlərdən danışıb. Rusiyalı mütəxəssis 2013-cü ildə Kazanda təşkil olunan Yay Universiadası, “Soçi 2014” Qış Olimpiya Oyunları və futbol üzrə 2018-ci il dünya çempionatındakı təcrübəsini bölüşüb.

“Azərbaycan ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Ölkənizin yüksək təşkilatçılıq bacarığı digər ölkələrə nümunədir. Bütün bunların nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”, - deyə V.Konov əlavə edib.


Facebook-da paylaş

Xəbəri paylaş