Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Beynəlxalq Stolüstü Tennis Federasiyasının yubiley sammitində təmsil olunub



Bu il 100 illiyi qeyd olunan Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) yubiley sammiti keçirilib.

BrendSport.az
xəbər verir ki, Londonda təşkil olunan tədbirdə ASTF-nin vitse-prezidenti Elmar İslamla baş katib Könül Mikayılova da iştirak ediblər.

Quruma üzv ölkələrin rəsmilərinin qatıldığı toplantıda son bir ildə görülən işlərlə bağlı hesabat dinlənilib, stolüstü tennisin mövcud durumu və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyələr verilib. Həmçinin BSTF-nin yeni konstitusiyası qəbul olunub. Sonda təşkilatın rəhbərliyi tərəfindən məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkür bildirilib, bu idman növünün inkişafı istiqamətində uğurlar arzulanıb.


Facebook-da paylaş

Xəbəri paylaş