Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın güləş yığmaları Olimpiadaya hazırlığın son mərhələsinə start veriblər



Azərbaycanın güləş üzrə milli komandaları “Paris-2024” Yay Olimpiya Oyunlarına son hazırlıq prosesinə start veriblər.

BrendSport.az
xəbər verir ki, iyulun 17-dən etibarən sərbəst və qadın güləşi üzrə yığmalar Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Yunan-Roma güləşçiləri isə ayın 21-dən həmin məkanda son hazırlıq prosesinə start verəcək.

Hər 3 komandanın Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan son toplanışı iyulun 31-dək davam edəcək. Hazırlıq prosesində taktiki-texniki çalışmalara, rəqiblərin fərdi təhlilinə üstünlük veriləcək.

Qeyd edək ki, Azərbaycan güləşçiləri avqustun 2-də Fransaya yollanacaqlar. Paris Olimpiadasında güləş yarışı 5-11 avqustda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş