Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Güləşçilərimiz Tokio Olimpiadasına son hazırlıq prosesinə start veriblər

Güləşçilərimiz Tokio Olimpiadasına son hazırlıq prosesinə start veriblər


Avqustun 1-dən 7-dək Tokio Olimpiadasında güləş yarışları keçiriləcək.
Ölkəmizi Olimpiya Oyunlarında təmsil edəcək hər 3 güləş növü üzrə millilərimiz son hazırlıq mərhələsinə keçiblər.
BrendSport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vuraraq, Bakıya qayıdan yığmalarımız Tokioya səfər ərəfəsində son 1 həftəlik hazırlıq prosesini paytaxtda keçəcəklər.
Artıq Olimpiya Güləş Mərkəzində son hazırlıq mərhələsinə start verilib. Bu məşqlər əsasən taktiki-texniki çalışmalar üzərində qurulacaq. Olimpiyaçılarımız ölkə xaricindən dəvət olunmuş sınaqçı-rəqiblərlə birgə hazırlıq prosesini davam etdirəcəklər.
Qeyd edək ki, komandalarımız Tokioya iyulun 27-də yollanacaq.


Facebook-da paylaş

Xəbəri paylaş