Əsas Səhifə > Maraq > Azərbaycanın güləş yığmaları Olimpiadaya hazırlığın son mərhələsinə start veriblər
Azərbaycanın güləş yığmaları Olimpiadaya hazırlığın son mərhələsinə start veriblər18-07-2024, 12:58 |
Azərbaycanın güləş üzrə milli komandaları “Paris-2024” Yay Olimpiya Oyunlarına son hazırlıq prosesinə start veriblər. BrendSport.az xəbər verir ki, iyulun 17-dən etibarən sərbəst və qadın güləşi üzrə yığmalar Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Yunan-Roma güləşçiləri isə ayın 21-dən həmin məkanda son hazırlıq prosesinə start verəcək. Hər 3 komandanın Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan son toplanışı iyulun 31-dək davam edəcək. Hazırlıq prosesində taktiki-texniki çalışmalara, rəqiblərin fərdi təhlilinə üstünlük veriləcək. Qeyd edək ki, Azərbaycan güləşçiləri avqustun 2-də Fransaya yollanacaqlar. Paris Olimpiadasında güləş yarışı 5-11 avqustda keçiriləcək. Geri qayıt |