Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı Aslan Əmiraslanov Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşadək yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 3 qızıl medal qazanıb.
BrendSport.az xəbər verir ki, idmançı birdən qaldırma hərəkətində 114 kiloqramı, təkanla qaldırmada isə 140 kiloqramı başı üzərinə qaldıraraq birinci yeri tutub. O, toplam 254 kiloqram (114+140) nəticə ilə yekun sıralamada da qızıl medala sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər atlet Allahverdi Qaragözov isə toplam 225 kiloqram (100+125) nəticə ilə 5-ci yeri tutub.
Hər iki idmançı yaşı 15-ə qədər olan atletlər arasında 89 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar.
Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa iyunun 23-də yekun vurulacaq.
Facebook-da paylaş