Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb



26 iyul – 3 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

BrendSport.az
xəbər verir ki, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.

Bu gün onlardan Füqan Əliyev körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 81 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 138 kq-ı ram edib və bu hərəkətdə 9-cu yeri tutub. F. Əliyev təkanla qaldırma hərəkətində uğurlu çıxış edib.

O, 179 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin gümüş medalını qazanıb.

Toplam 317 kq (138+179) nəticə göstərən Füqan yekun sıralamada 4-cü yeri tutub.


Facebook-da paylaş

Xəbəri paylaş