Əsas Səhifə > Maraq > Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb20-06-2024, 18:29 |
Azərbaycan ağırlıqqaldıranı Aslan Əmiraslanov Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşadək yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 3 qızıl medal qazanıb. BrendSport.az xəbər verir ki, idmançı birdən qaldırma hərəkətində 114 kiloqramı, təkanla qaldırmada isə 140 kiloqramı başı üzərinə qaldıraraq birinci yeri tutub. O, toplam 254 kiloqram (114+140) nəticə ilə yekun sıralamada da qızıl medala sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər atlet Allahverdi Qaragözov isə toplam 225 kiloqram (100+125) nəticə ilə 5-ci yeri tutub. Hər iki idmançı yaşı 15-ə qədər olan atletlər arasında 89 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar. Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa iyunun 23-də yekun vurulacaq. Geri qayıt |