Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Barselona” futbol klubu müflisləşmə ilə əlaqədar öz fəaliyyətini dayandıra bilər



İspaniyanın “Barselona” futbol klubu, öz fəaliyyətini peşəkar futbol klubu qismində dayandıra bilər. Bu hal isə böyük ehtimalla klubun müflisləşməsinə gətirib çıxaracaq. Bu barədə “The Telegraph” qəzeti yazıb.

BrendSport.az
xəbər verir ki, sentyabrın 28-də İspaniya məhkəməsi “Barselona”ya İspaniya Krallığı Futbol Federasiyası hakimlərinin texniki komitəsinin sədrinin keçmiş müavini Xose Mariya Enrikes Neqreyranın ödənişləri qəbul etməsi ilə bağlı məhkəmə işi çərçivəsində ittiham irəli sürüb. Martın 15-də məlum olub ki, Barselona məhkəməsi prokurorluq tərəfindən klubun iki keçmiş prezidentinə və klubun özünə qarşı irəli sürülən şikayətə baxmağı qəbul edib.

“Cinayət əməli sübuta yetirildiyi təqdirdə cinayətkarlar 3 ildən 6 ilə qədər həbs cəzası alacaq. “Barselona” klubunun özü isə peşəkar futbol klubu qismində fəaliyyətindən kənarlaşdırıla bilər ki, bu da çox güman ki, 124 yaşlı klubun müflisləşməsi ilə nəticələnəcək” – nəşrin məlumatında qeyd olunur.

Məlumata əsasən, 2001-ci ildən 2018-ci ilədək İspaniya hakimlər komitəsinin keçmiş vitse-prezidenti Neqreyra hakimlərin işləri ilə əlaqədar “Barselona” üçün ehtimal edilən məsləhətlərə görə 7 milyon Avro pul alıb. “El Pais” qəzetinin daha əvvəl yaydığı məlumata əsasən, hakimlərin texniki komitəsinin sədrinin keçmiş müavininin şirkəti hər dəfə klub Çempionatın və ya İspaniya Kubokunun oyununu keçirəndə “Barselona”nın ofislərinə zərflər təqdim edib. Göndərişdə yazılı hesabat və növbəti oyunu idarə edəcək hakimin profilini təhlil edən video olub.


Facebook-da paylaş

Xəbəri paylaş