“Marsel” klubu baş məşqçisini istefaya göndərib
Fransanın “Marsel” klubu baş məşqçisi Marselinyonu istefaya göndərib.
BrendSport.az xəbər verir ki, Liqa 1 təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə açıqlama yayıb.
Bildirilib ki, 58 yaşlı ispaniyalı və məşqçi korpusunda yer alan digər mütəxəssislər ilə yollar ayrılıb. Bu qərara Marselinyonun son mətbuat konfransında səsləndirdiyi fikirlər səbəb olub. Fransa klubunun bəyanatında vurğulanıb ki, məşqçi rəhbərliyin lazımi şəraiti yarada bilmədiyinə dair açıqlama verdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, Marselinyo bu ilin iyulunda “Marsel”in baş məşqçisi təyin olunmuşdu.
Facebook-da paylaş