Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



De Rossi komandadan getdi



İtaliyanın SPAL klubu baş məşqçisi Daniele De Rossini istefaya göndərib.

BrendSport.az
xəbər verir ki, bu barədə B Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

39 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də istefaya göndərilib. İstefaya komandanın uğursuz nəticələri səbəb göstərilib.

Son üç oyununda məğlubiyyətlə üzləşən SPAL B Seriyasında 24 oyuna topladığı 24 xalla 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, De Rossi 2022-ci ilin oktyabrından çalışdırdığı SPAL-ı 17 oyuna çıxarıb. Komanda bu oyunlarda cəmi 3 qələbə qazanıb, 6 heç-heçə edib və 8 məğlubiyyətlə üzləşib.


Facebook-da paylaş

Xəbəri paylaş