Mourinyo istefaya göndərildi
“Totenhem” baş məşqçisi Joze Mourinyonu istefaya göndərib.
BrendSport.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Komandanın uğursuz çıxışlarına görə porutaliyalı mütəxəssisin müqaviləsinə xitam verilib. Bununla bağlı hələlik rəsmi açıqlama yayılmayıb.
Qeyd edək ki, 58 yaşlı məşqçi 2019-cu ildən London klubunu çalışdırırdı. Onun klubu ilə 2023-cü ilin yayına qədər müqaviləsi var idi. "Tottenhem" Premyer Liqada 32 oyundan sonra 50 xalla 7-ci pillədə qərarlaşıb.
Facebook-da paylaş