Vadim Vasilyev istefaya göndərildi
Fransanın “Monako” klubunun vitse-prezidenti Vadim Vasilyev istefaya göndərilib.
BrendSport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Klub prezidenti Dmitri Rıbolovlev 7 il "Monako"da çalışan Vasilyevin göndərilməsinə qərar verib.
Qeyd edək ki, bir müddət əvvəl Vadim Vasilyevin transferlərdən faiz götürdüyü barədə xəbərlər yayılmışdı
Facebook-da paylaş