Vadim Vasilyevdən əla göstərici
Avropa futbolunda ilin ən yaxşı klub idarəçisi müəyyənləşib. “Monako”nun vitse-prezidenti Vadim Vasilyev rəqiblərini qabaqlayıb.
O, “FCBusiness” jurnalının apardığı sorğuda ilin ən yaxşı futbol funksioneri adına layiq görülüb. Mərasim dünən Londonda keçirilib.
Vasilyev bu ada digər namizədlər - Florentino Peres, Edvin van der Sar, Karl-Haynts Rummenigge və Umberto Qandinini geridə qoyub.
Facebook-da paylaş