Əsas Səhifə > Digər > Vadim Vasilyevdən əla göstərici

Vadim Vasilyevdən əla göstərici


4-11-2017, 14:41


Avropa futbolunda ilin ən yaxşı klub idarəçisi müəyyənləşib. “Monako”nun vitse-prezidenti Vadim Vasilyev rəqiblərini qabaqlayıb.

O, “FCBusiness” jurnalının apardığı sorğuda ilin ən yaxşı futbol funksioneri adına layiq görülüb. Mərasim dünən Londonda keçirilib.

Vasilyev bu ada digər namizədlər - Florentino Peres, Edvin van der Sar, Karl-Haynts Rummenigge və Umberto Qandinini geridə qoyub.
Geri qayıt