Mourinyo istefaya göndərilərsə...
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonu istefaya göndərəcəyi təqdirdə, ona ödəyəcəyi məbləğ müəyyənləşib.
Xarici KİV-nin yaydığı xəbərə görə, klub portuqaliyalı mütəxəssislə vaxtından əvvəl yolları ayırsa, çalışdırıcıya 26 milyon avro təzminat ödəməli olacaq.
Qeyd edək ki, Mourinyonun "MY" ilə müqaviləsinin müddəti 2020-ci ilin iyununda başa çatır. Onun illik maaşı 15 milyon avro təşkil edir.
Xatırladaq ki, "MY" İngiltərə Liqa kubokunda mübarizəni dayandırıb. Komanda ölkə çempionatında 10 xalla 7-ci pillədə qərarlaşıb.
Facebook-da paylaş