“Strasburq” klubu baş məşqçisi Jülyen Stefanı istefaya göndərib
Fransanın “Strasburq” futbol klubu baş məşqçisi Jülyen Stefanı istefaya göndərib.
BrendSport.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qırx üç yaşlı mütəxəssis Fransa kuboku yarışının 1/32 final mərhələsində “Anje”yə məğlubiyyətdən (0:0, penaltilərlə 4:5) sonra postundan ayrılmaq məcburiyyətində qalıb.
“Strasburq” rəsmi matçlarda sonuncu dəfə 3 ay əvvəl qələbə sevinci yaşayıb.
Facebook-da paylaş