Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İFFHS: Lamine Yamal “Sabah”ın futbolçusunun göstəricisini yaxşılaşdırıb



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli komandaların heyətində ən gənc yaşda qol vuran futbolçuların siyahısını dərc edib.

BrendSport.az
xəbər verir ki, son olaraq İspaniya millisinin üzvü Lamine Yamal ilk “10-luğ”a düşməyi bacarıb.

O, üç gün əvvəl AVRO-2024-ün seçmə mərhələsində Gürcüstanla (7:1) görüşdə 16 yaş 57 günlüyündə fərqlənərək, yığmalarda qol vuran ən gənc üçüncü futbolçu olub. Yamal hazırda “Sabah”da çıxış edən lüksemburqlu Vinsent Tillin göstəricisini yaxşılaşdırıb.

Siyahıya isə irlandiyalı Samuel Conston başçılıq edir. O, 1982-ci ildə Uelslə qarşılaşmada qol vuranda 15 yaş 160 günlüyündə olub.


Facebook-da paylaş

Xəbəri paylaş