XXI əsrdə poker edən ən yaşlı futbolçular açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə poker edən ən yaşlı futbolçuların siyahısını yeniləyib.
BrendSport.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Paraqvayın "Libertad" klubunda çıxış edən Oskar Kardozo "Serro Portenyo"nu 5:0 hesabı ilə məğlub etdikləri oyunda dörd qol vurub.
Paraqvay millisinin sabiq üzvü 39 yaş 318-ci günündə bunu bacarıb. Kardozo poker edən ən yaşlı ikinci oyunçu olub.
Facebook-da paylaş