Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



16 yaşlı futbolçu XXI əsrin rekorduna imza atıb



İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal XXI əsrin rekorduna imza atıb.

BrendSport.az
xəbər verir ki, yarımmüdafiəçi La Liqanın III turunda “Vilyarreal”la səfər oyununda məhsuldar ötürmə verməklə buna nail olub.

O, 16 yaş 45 günlüyündə komanda yoldaşı Qavinin fərqlənməsinə yaxından kömək edib və matçın ən yaxşısı seçilib. Bununla Yamal XXI əsrdə La Liqada qol ötürməsi verən ən gənc oyunçu ünvanını ələ keçirib.

Futbolçu 2019-cu ilin sentyabrında, 16 yaş 318 günündə “Valensiya” ilə matçda eyni uğura imza atan komanda yoldaşı Ansu Fatinin rekordunu yeniləyib.

Qeyd edək ki, oyun “Barselona”nın 4:3 hesablı səfər qələbəsi ilə yekunlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş