Erlinq Holann XXI əsrdə 200 qola ən gənc yaşda çatan ikinci futbolçu olub
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holann XXI əsrdə 200 qol həddinə ən gənc yaşda çatan ikinci oyunçu olub.
BrendSport.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın XXX turunda “Sauthempton”la (4:1) qarşılaşmada dubl edən norveçli hücumçu 22 yaş 261 günündə ikinci “yüzlüy”ü tamamlayıb.
O, bunu həyata keçirmək üçün braziliyalı Neymardan cəmi 6 gün gec qalıb. “Sambaçı” 2014-cü ildə İspaniya “Barselona”sında olarkən 22 yaş 256 günündə 200-cü qolunu vurub.
Tarixi rekord əfsanəvi braziliyalı Peleyə məxsusdur. O, 1960-cı ildə “Santos”un heyətində 19 yaş 292 günündə 200-cü qolunu vurub.
Facebook-da paylaş