Premyer Liqanın ən yaşlı və ən gənc komandası
Azərbaycan Premyer Liqasında klubların orta yaş həddi açıqlanıb.
BrendSport.az xəbər verir ki, başa çatan 2020/21 mövsümünün ən gənc komandası “Sumqayıt”dır.
“Sabah” 2-ci, “Neftçi” 3-cü sıradadır. Çempionatın ən yaşlı klubu “Qarabağ”dır. “Keşlə” və “Səbail”də də meydana çıxan oyunçuların orta yaşı 30-u keçib.
“Sumqayıt” – 28 yaş 9 ay 2 gün (27 futbolçu)
“Sabah” – 29 yaş 1 ay 1 gün (32 futbolçu)
“Neftçi” – 29 yaş 2 ay 27 gün (28 futbolçu)
“Zirə” – 29 yaş 5 ay 2 gün (27 futbolçu)
“Qəbələ” – 29 yaş 8 ay 24 gün (25 futbolçu)
“Səbail” – 30 yaş 4 ay 24 gün (28 futbolçu)
“Keşlə” – 30 yaş 11 ay 29 gün (31 futbolçu)
“Qarabağ” – 31 yaş 4 ay 14 gün (20 futbolçu)
Facebook-da paylaş