Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



ABŞ Özbəkistana 3 cavabsız qolla qalib gəlib



Futbol üzrə ABŞ millisi yoldaşlıq görüşündə Özbəkistan yığmasını darmadağın edib.

BrendSport.az
xəbər verir ki, matç ABŞ-nin Sent-Luis şəhərinin “Sitipark” stadionunda baş tutub.

Oyunda hesab erkən açılıb. 4-cü dəqiqədə Timoti Vea amerikalıları hesabda irəli çıxarıb. Matçda növbəti qollar ikinci hissəyə əlavə edilmiş dəqiqələrdə vurulub: Rikardo Pepi və Kristian Pulişiç hesab arasındakı fərqi darmadağın həddinə çatdırıblar. Beləliklə, yoldaşlıq görüşü ABŞ millisinin Özbəkistan yığması üzərində 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Özbəkistan Meksikaya qarşı oynamaq üçün ABŞ-də qalacaq. Komandaların görüşü sentyabrın 12-dən 13-nə keçən gecə Corciya ştatının Atlanta şəhərində baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş