Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Real Madrid” yoldaşlıq görüşündə “Milan” üzərində əzmkar qələbə qazanıb



ABŞ-nin Los-Anceles şəhərindəki “Rouz Boul Stadium” stadionunda İspaniyanın “Real Madrid” və İtaliyanın “Milan” klubları arasında yoldaşlıq görüşü keçirilib.

BrendSport.az
xəbər verir ki, matç İspaniya təmsilçisinin əzmkar qələbəsi ilə başa çatıb.

Matçın birinci hissəsində İtaliya komandası 2:0 hesabı ilə irəli düşüb. Belə ki, Fikayo Tomori (25-ci dəqiqə) və Luka Romero (42) fərqləniblər. İlk hissədəki inamlı hesaba baxmayaraq, “qırmızı-qaralar” üstünlüyünü qoruya bilməyib. Kral klubunun uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde 2 dəqiqə içində dubla (57, 59) və Vinisius (84) 1 qola imza atıblar.

Beləliklə, yoldaşlıq görüşü “Real Madrid”in “Milan” üzərində 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb.

Madrid klubunun yeni transferi türkiyəli Arda Gülər ehtiyatda qalıb.


Facebook-da paylaş

Xəbəri paylaş