“Real Madrid” klublararası dünya çempionatının qalibi olub
Klublararası dünya çempionatının finalında İspaniyanın “Real Madrid” komandası Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunu yenərək turnirin qalibi olub.
BrendSport.az xəbər verir ki, ingiltərəli Entoni Teylorun idarə etdiyi oyunda hesabı ilk madridlilər açıb. Belə ki, oyunun 13-cü dəqiqəsində Kərim Benzemanın dəqiq ötürməsindən sonra Vinisiusa topu tora qovuşdurub. Beş dəqiqə sonra İspaniya təmsilçisi üstünlüyünü möhkəmləndirib - Federiko Valverdenin hesabı 2-yə çatdırıb. 26-cı dəqiqədə “Əl Hilal” hesabdakı fərqi azalda bilib - qolu Musa Mareqa vurub.
54-cü dəqiqədə Vinisiusun ötürməsindən sonra Kərim Benzema kral klbunun növbəti qoluna imza atıb. Dörd dəqiqə sonra “Real Madrid” Federico Valverdenin vurduğu qoldan sonra hesabı darmadağın həddinə gətirib. 63-cü dəqiqədə Lusiano Vyetto “Əl Hilal”ın geri qalmasını 2 qola endirib, lakin 6 dəqiqə sonra dubl edən Vinisius yenidən hesabdakı fərqi artırıb. 79-cu dəqiqədə Lusiano Vyetto bu görüşdə ikinci qolunu vuraraq qolların fərqini 2-yə endirib. Matç 5:3 kral klubunun xeyrinə başa çatıb.
Beləliklə, “Real Madrid” klublararası dünya çempionatının qalibi olub.
Facebook-da paylaş