Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Real Madrid" ardıcıl üçüncü dəfə klublararası dünya çempionatının qalibi olub



Dekabrın 22-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə klublararası dünya çempionatının final qarşılaşması keçirilib.

BrendSport.az xəbər verir ki, həlledici matçda "Real Madrid" klubu yerli "Əl-Ayn" komandasını 4:1 hesabı ilə məğlub edib. "Şeyx Zayed" stadionundakı qarşılaşmada hesabı 14-cü dəqiqədə Luka Modriç açıb - 1:0. Qarşılaşmanın 60-cı dəqiqəsində Markos Lyorente fərqi artırıb - 2:0. Oyunun 78-ci dəqiqəsində Serxio Ramos 3-cü qolu vurub - 3:0. "Əl Ayn" komandası 86-cı dəqiqədə hesab arasındaki fərqi iki topa çatdırıb. Tsukas Siotani adını tabloya yazdırıb - 3:1. Oyunda son nöqtəni isə "kral klubu" qoyub. Final görüşünün sonuncu dəqiqəsində (90+1) Yəhya Nader topu öz qapısına göndərərək, yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, "Real Madrid" klublararası dünya çempionatında rekorda imza atıb. Ardıcıl üç il dalbadal turnirin qalibi olub (2016, 2017, 2018), ümumilikdə isə bu "Real Madrid"ın dördüncü qələbəsi olub. Bununla da Madrid komandası 3 dəfə çempion olan "Barselona"nı üstələyib.

Qeyd edək ki, turnirin üçüncü yer uğrunda keçirilən görüşündə Argentina çempionu "River Pleyt" Yaponiya təmsilçisi "Kasima"nı böyük hesabla məğlub edib (4:0).


Facebook-da paylaş

Xəbəri paylaş