Əsas Səhifə > Maraq > ABŞ Özbəkistana 3 cavabsız qolla qalib gəlib
ABŞ Özbəkistana 3 cavabsız qolla qalib gəlib10-09-2023, 09:00 |
![]() Futbol üzrə ABŞ millisi yoldaşlıq görüşündə Özbəkistan yığmasını darmadağın edib. BrendSport.az xəbər verir ki, matç ABŞ-nin Sent-Luis şəhərinin “Sitipark” stadionunda baş tutub. Oyunda hesab erkən açılıb. 4-cü dəqiqədə Timoti Vea amerikalıları hesabda irəli çıxarıb. Matçda növbəti qollar ikinci hissəyə əlavə edilmiş dəqiqələrdə vurulub: Rikardo Pepi və Kristian Pulişiç hesab arasındakı fərqi darmadağın həddinə çatdırıblar. Beləliklə, yoldaşlıq görüşü ABŞ millisinin Özbəkistan yığması üzərində 3:0 hesablı qələbəsi ilə başa çatıb. Özbəkistan Meksikaya qarşı oynamaq üçün ABŞ-də qalacaq. Komandaların görüşü sentyabrın 12-dən 13-nə keçən gecə Corciya ştatının Atlanta şəhərində baş tutacaq. Geri qayıt |