Musa Qurbanlı İsveç çempionatında rəmzi komandaya düşüb
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveç çempionatında XXI turun rəmzi komandasına düşüb.
BrendSport.az xəbər verir ki, “Deqerfors”la görüşdə 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan “Yurqorden”in üzvü ən yaxşı üç hücumçudan biri seçilib.
Onun performansı 8,7 balla qiymətləndirilib. Ən yüksək xala “Hammarbü”nün yarımmüdafiəçisi Nahir Besara (9,2) layiq görülüb. Qurbanlı ilə yanaşı, “Yurqorden”in müdafiəçisi Markus Danielson da rəmzi “11-liy”ə salınıb.
Qeyd edək ki, “Yurqorden” “Deqerfors”u 4:1 hesabı ilə məğlub edib.
Facebook-da paylaş